Entoni Hopkins Stallone və Şvartseneggerə meydan oxudu

Entoni Hopkins Stallone və Şvartseneggerə meydan oxudu
Şou
Oxunma sayı: 385
Məşhur Hollivud ulduzu Entoni Hopkins ömrünün 90-cı ilində "TikTok”da rəqs edib və Silvestr Stallone ilə Arnold Şvartseneggeri məşhur çellencdə iştiraka dəvət edib.
Bu barədə REN TV xəbər yayıb.
"Dreyk, mən "parti”yə gecikdim, lakin heç olmamaqdansa, gec olması yaxşıdır”, - deyə, aktyor öz paylaşımında bildirib.

O, bununla sosial şəbəkələrdə "Toosie Slide” fleşmobunun aprelin əvvəllərində başladığına işarə vurub. Fleşmobun adı repçi Dreykin yeni mahnısından götürülüb. Çellencdə müğənni Castin Biber, repçilər Tayqa, Diddivə digər məşhurlar iştirak edib.