Hollivudun ərə getməyən ulduzları - FOTO

Hollivudun ərə getməyən ulduzları - FOTO
Şou
Oxunma sayı: 393
Hollivudda elə məşhur xanımlar var ki, onlar heç vaxt ailə qurmayıblar.

Aktrisa Şarliz Teron
Onun üçün evlilik heç vaxt əhəmiyyət kəsb etməyib. Şarliz aktyor Stüart Taunsendlə 9 il nişanlı olmasına baxmayaraq, 2010-cu ildə ondan ayrılıb.
Model Naomi Kempbell
"Qara bəbir" ləqəbli Naomi aktyor Robert De Niro, biznesmen Vladislav Doronin, müğənni Liam Peyn, boksçu Mayk Tayson kimi məşhurlarla sevgili olsa da heç vaxt ərə getməyib.
Müğənni Kayli Minoq
Kaylinin uşaqlıqdan ərə getmək istəyi olmayıb. O, sevməyi ailə qurmaqdan daha üstün tutur. Aktyor Coşua Sassla nişanlı olan müğənni xəyanətə görə ondan ayrılıb.

Aktrisa Eva Mendez
Aktrisa 2011-ci ildən aktyor Rayan Qoslinqlə sevgilidir. Onların Esmeralda və Amada adlı qızları var. 2016-cı ildə cütlüyün ailə qurması haqda xəbərlər yayılsa da, onlar bu məlumatı təsdiqləməyiblər.
Müğənni Şakira
Futbolçu Cerard Pike ilə sevgili olan Şakira müsahibələrinin birində "Bizim sevgimiz, evimiz və uşaqlarımız var. Nikah həyatımızda heç nəyi dəyişməyəcək. Ərə getmək fikrim olsa, seçimim Pike olar" demişdi. 2010-cu ildən birlikdə yaşayan cütlüyün 2 oğlu var.