“Sizin kimi insanlar dünyanı alt-üst edir”

“Sizin kimi insanlar dünyanı alt-üst edir”
Şou
Oxunma sayı: 404
Türkiyəli müğənni Merve Özbəy sosial şəbəkədə üsyan edib.
Buna səbəb isə izləyicilərindən birinin "Uşağınız olsun, bizə də göstərin. Hamı evlənəndən sonra uşaq dünyaya gətirir, sizin niyə hələ övladınız yoxdur" sualını verməsi olub.
Bunu görən müğənni əsəbiləşib və sərt cavab verib:
"Həqiqətən də çox pissiniz. Efidəyik, aktrisayıq, müğənniyik, qadınıq deyə sizə bu cür danışmaq haqqını kim verir? Çox sıxıldım. Sizin kimi insanlar dünyanı alt-üst edir".

Qeyd edək ki, müğənni fevral ayında Kənan Koçakla ailə həyatı qurub.