Anar Zeynalov: “T Project Catering” olaraq işimizi peşəkar şəkildə görməyə çalışırıq

Anar Zeynalov: “T Project Catering” olaraq işimizi peşəkar şəkildə görməyə çalışırıq
Reportaj
Oxunma sayı: 7 167

“Sabahnews.az"ın müsahibi  “T project Catering” şirkətinin həmtəsisçisi və direktoru Anar Zeynalovdur.

Anar Zeynalov artıq 10 ildən çoxdur ki, Qida sahəsində mütəxəlif lahiyələri qurub, yaradıb və həyata keçirib.

-Anar bəy,ilk öncə xoş gördük,zəhmət olmasa bizə və izləyicilərimizə şirkətiniz və onun uğurları barədə məlumat verərdiniz.

 

-Şirkətimiz haqqında ümumi məlumat verim.

 

 

“T Project Catering” olaraq yarandığımız gündən etibarən əsas prinsipimiz gigiyena qaydalarına tam riayət edərək, təbii və təravətli məhsullardan yemək hazırlamaqla, müştərilərimizə ən mükəmməl olanı təqdim etməkdir. Şirkətimiz hazırda 150-dən çox peşəkar işçi ilə xidmətinizdədir, onlar sertifikatlı aşpazlar və şirniyyatçılar, gülərüz və səliqəli personal, eyni zamanda çox illik təcrübəyə malik olan idarəetmə komandasından ibarətdir. Çalışdığımız müddət ərzində prioritet məsələmiz olan yüksək keyfiyyətli xidmət, peşəkarlıq, ciddi nəzarət edilmiş qida məhsulları, qida təhlükəsizliyinin təmini və uğurlu işin təşkili olmuşdur. 2014-cü ildən fəaliyyətə başlayan şirkətimiz ilk olaraq 7-12 yaş arasındakı liseylərdə xidmət göstərməyə başlayıb.

 

“T Project catering” sonradan bazar tələblərinə uyğun , liseylər, universitetlər, fabriklər, hotellər və beynəlxalq tədbirlərə hazır yemək çatdırılması xidməti göstərməyə başlayıb. Həmçinin şirkətimiz kütləvi tədbirlərdə və təqdimatlarda qəlyanaltı və ziyafət xidmətləri göstərməkdədir. Həyata keçirdiyimiz tədbirlər bir neçə istiqamətə bölünür: Dövlət tədbirləri, korporativ tədbirlər və özəl tədbirlər. Xüsusi bayramlar, açılış mərasimləri, il dönümləri, məhsul tanıtımı üçün furşetlərin təşkili də buraya aiddir.

 

“T Project catering” olaraq tədbirlərin təşkilində xidmət göstərən bütün personalımız, müştəri məmnuniyyətini təmin etmək məqsədi ilə, daimi olaraq müştəriyə xidmət etmək üzrə təlim və aidiyyatı kurslara cəlb olunur.

Mütəmadi olaraq bişirdiyimiz yeməklərdən qida analizləri veririk, labaratoriya nəticələrini müştərilərlə paylaşırıq. Biz nəinki hazırladığımız qidalardan, eyni zamanda işçilərin əllərindən, barmaqlarından, geyimlərindən, kəsim lövhələrindən qida  testləri götürürük.  

 

 Azərbaycan Gənclər fondunun grand lahiyələrinin qalibi olan QHT-lərin  regionlarda Yay Festivallının 2 ay boyunca hər gün 250-dən çox gəncin gün ərzində 4 dəfə sağlam qidalanmasını təşkil etmişik.

 

2021 Grand Slam beynəlxalq Cüdo yarışında bütün idmançıların və heyətin qidalanmasın təşkil etmişik.  200-dən çox idmançı və işçi heyətinin beynəlxalq dərəcədə xüsusi hazırlanmış qidalardan təmin etmişik.

 

Pandemiya Dövründə Karantində qalan xəstələrin və həkimlərin qidalanmasını ən yüksək standartlara uyğun təşkil etmişik. Həmin dövrdə həkimlərin vitaminlərlə dolu qidalanmasını təşkil edirdik, onlar hər gün təhlükə altında idilər, ümumiyyətlə pandemiya dövründə insanlar qidalanmasına xüsusi diqqət yetirməli idilər. Ona görə də,meyvə tərəvəz və təbii məhsullardan istifadəni çoxaldıb, fast food qidalarından və pis vərdişlərdən uzaqlaşırdılar.

 

Eyni zamanda Azərbaycanın ən böyük universiteti, 100 ildən çox tarixi olan Baki Dövlət Universitetinin 28.000-ə yaxin tələbə və işci heyyətinə xidmət göstəririk.


Şirkətimizin uğuru olaraq deyə bilərəm ki,qısa müddətdə 20 nəfərə xidmət göstərməkdən 20.000 nəfərə çatdırdıq.


 

Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinin Süfrə proyektinində qidalanmasını təmin edirik. Gördüyümüz işlərin nümünəsidir ki, artıq bir çox özəl və dövlət şirkətləri bizimlə birlikdə əməkdaşlıq etməkdən razılıq edir və yeni əməkdaşlıqlarımız başlayır.

 

Təhlükəsiz Qida necə olmalidir?


Ən əsas amillərdən biri Qida zəncirinin mərhələləridir.İnsanların sağlam yaşamaları üçün düzgün qidalanma vacib şərtlərdən biridir. İstehsal, tədarük və istehlakda qida məhsullarından səmərəli və qənaətli istifadə olunmaması nəticəsində qida qıtlığı yaranır ki, bu da istehlakçı bazarına sintetik əsaslarla hazırlanmış məhsulların daxil olmasına imkan yaradır. Lazım olan miqdarda və balanslı qaydada təhlükəsiz və keyfiyyətli qida qəbul etmək hər bir fərdin ən təməl hüquqlarından biridir. Müasir dünyada qida məhsulları ilə əlaqədar ən vacib problemlərdən biri olan qida təhlükəsizliyi sağlam qida əldə etmək üçün qidaların istehsaldan istehlaka kimi bütün mərhələlərində müvafiq qaydalara riayət edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi kimi başa düşülür.

Qida təhlükəsizliyi - qida məhsulunun emal, paketləmə, saxlanma, daşınma, paylanma, satış və istehlak mərhələlərində insan sağlamlığına zərərli ola biləcək hər növ amildən qorunması üçün planlaşdırılmış əməliyyatlardan ibarət bir sistemdir. Bu baxımdan “qida təhlükəsizliyi” qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən hər bir fərdin öz vəzifələrini düzgün icra etməsi ilə təmin oluna bilər.

 

Ümumiyyətlə,Qida Təhklükəsizliyinə diqqət yetirmək lazımdır.

Ev şəraitinde belə diqqət yetirməmiz lazım olan əsas nüanslar biri Əllərimizi sabunla tez tez yumaliyiq. Xəstə halda yemək hazirlamamalıyıq. Yeməkləri otaq temperaturunda soyutduqdan sonra, soyuducuya qoyulmalıdır, Soyuq qəlyanaltılar 5 dərəcə və aşaqı temperaturda saxlamaq lazımdır. Yeməyi müvafiq dərəcədə bişirilməlidir.Isti yeməkləri 60 dərəcə və yuxarı temperaturda istifadəyə təqdim olunmalıdır.

Ərzaq və mal qonşuluquna əməl edilməlidir. Qida məhsullarını doğrayarkən fərqli lövhə və bıçaqlardan istifadə edilməlidir. Qabları, tava ve qazanları yuyucu vasitə ilə yuyulmalı və isti su ile durulanmalıdır.

Qida məhsulları alarkən istifade müddəti, qablaşdırması və mal qonşuluquna əməl olunub olunmadığına diqqət yetirilməlidir.


Qeyd edək ki, Anar Zeynalov Biznesin idare edilməsi ve marketinq  üzrə mütəxəssisdir ey zamanda,bir çox özəl şirkət,təhsil müəsissəsi, plaza və dövlət qurumlarına qidalanma xidməti həyata keçirən "T Project" şirkətinin, Türkiyənin 100 illik tarixə sahib olan “Tarihi Sultanahmet Koftecisi 1920” markasinin Azərbaycandakı rəsmi nümayəndəsidir.