Professordan qorxulu PROQNOZ: “Karantinin ləğvindən sonra başqa pandemiya gələcək"

Professordan qorxulu PROQNOZ: “Karantinin ləğvindən sonra başqa pandemiya gələcək"
Səhiyyə
Oxunma sayı: 357
Dünyanın bir çox ölkəsində koronavirus pandemiyası ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər görülür.
Hannover Virusologiya İnstitutunun professoru Tomas Şults bu tədbirlərin ləğvindən sonra növbəti pandemiyanın baş verməsindən narahatlığını bildirib.
Onun sözlərinə görə, bu il və gələn il növbəti dəfə məhdudlaşdırıcı tədbirlər görmək lazım gələ bilər. Ekspert bildirib ki, karantin tədbirlərini yaxın 2-3 ayda da davam etdirmək lazımdır:
“Sonra adi rejimə tədricən qayıtmalıyıq. Çünki COVİD-19 pandemiyası son olmayacaq".
"Mən həyəcan siqnalına son verə bilmirəm. Bizim qorxularımız var, yoluxanların sayının azalması yaxın 2-3 ayda baş verəcək. Bundan sonra məhdudlaşdırıcı tədbirlər ləğv olunacaq. Nəticədə biz yenidən epidemiya ilə qarşılaşacağıq",-deyə professor vurğulayıb.

Cebhe.info