Gürcüstanda azərbaycanlı hamilə qadın koronavirusdan sağaldı

Gürcüstanda azərbaycanlı hamilə qadın koronavirusdan sağaldı
Səhiyyə
Oxunma sayı: 371
Gürcüstanın Bolnisi rayonunda koronavirusa yoluxan azərbaycanlı hamilə qadın koronavirusdan tam sağalıb.
Sabahnews.az  virtualaz.org-a istinadən bildirir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.
Onun sözlərinə görə, 24 həftəlik hamilə qadın xəstəxanaya martın 26-da çatdırılıb və pasiyentdə xəstəlik ciddi ağırlaşmalar olmadan keçib.
L.Ratiani deyib ki, qadının koronavirusla bağlı iki testinin cavabı mənfi olub:
"Bir neçə saatdan sonra o, evə buraxılacaq. Dölün də vəziyyəti yoxlanılıb. Hazırkı mərhələdə döl fizioloji şərtlərə uyğundur".
Qeyd edək ki, Gürcütanda bu günə qədər COVID-19 infeksiyasına 252 nəfər yoluxub. Onların 63-ü sağalıb, 3-ü isə ölüb.