Evdə qalıb ağlını itirməmək üçün: PSİXOLOJİ MƏSLƏHƏTLƏR

Evdə qalıb ağlını itirməmək üçün: PSİXOLOJİ MƏSLƏHƏTLƏR
Səhiyyə
Oxunma sayı: 361
Koronavirusun yayılması səbəbilə əksər dünya ölkələrində özünütəcrid qaydalarına riayət olunur.
Ancaq bu şərait insanların psixologiyasına təsirsiz ötüşmür. Pandemiya fonunda özünütəcridi bir çoxları olduqca çətin keçirir. Hətta bu şəraitdə dəli olmaq həddinə çatacağını deyənlər də var.
Psixologiya üzrə tanınmış mütəxəssis, professor Lori Santos təcriddən dəli olmadan çıxmaq üçün məsləhətlər verib.
Onun sözlərinə görə, ilk növbədə texnologiyanın köməyi ilə sosial fəallığı qoruyub saxlamaq lazımdır. Yəni passiv olmamaq, sosial aktivlik nümayiş etdirib həyatı normal gün kimi davam etdirməyə cəhd olunmalıdır. Bundan başqa, mütəxəssis idman rejiminə əməl edilməsini vacib hesab edir. Evdə də fiziki hərəkətlər yerinə yetirmək olar.
Ən əsaslardan biri də yuxu rejiminin pozulmamasına diqqət etməkdir. Ekspert bildirib ki, bu qaydalara əməl etməklə özünütəcriddən nisbətən daha az ziyanla çıxmaq mümkündür. Başqa sözlə desək, bu dönəmi ağlını itirmədən atlatmaq olar.