Mütəxəssis: "Qorxu immuniteti çökdürə bilər"

Mütəxəssis: "Qorxu immuniteti çökdürə bilər"
Səhiyyə
Oxunma sayı: 373
Pandemiya dövründə çoxları sağlam qidalanmadan danışır, buna əməl etməyə çalışır. Amma onu da bilməliyik ki, hər nə qədər sağlam qidalansaq da, qorxu stress hormonlarımızı yüksəldə, bu isə immunitetimizi çökdürə bilər. Ona görə də əsas məsələ qorxuya qalib gəlmək, stresdən uzaq olmaqdır.
Bunu həkim-qastroentereloq, hepatoloq Arzu Yusifova APA TV-nin “Sosium”proqramında koronavirusdan qorunmaqla bağlı danışarkən deyib.
Mütəxəssis bildirib ki, karantin rejimi dövründə fiziki aktivlik azaldığı üçün qəbul olunan qidanın miqdarını azaltmaq lazımdır: "Hərəkətsiz olduğumuz dövrdə çox qida qəbulu həm mədə-bağırsaq sisteminə, həm də beyin fəaliyyətinə ciddi ziyan verir. Ona görə də yeməyin miqdarını azaltmaq lazımdır. Hətta səhhətimiz buna imkan verirsə, həftədə bir dəfə ac qalmaq, yalnız su içmək daha faydalı olar.
Amma sırf sağlam qidalanma ilə bağlı danışsaq, daha çox təzə bişmiş yeməklər, meyvə-tərəvəzlər, dənli bitkilərə üstünlük vermək tövsiyə olunur. Bu gün zəncəfildən çox istifadə edilir. Zəncəfil doğrudan da çox faydalıdır. Amma normaya uyğun qəbul edilməlidir, bu miqdar hamı üçün standart deyil, hər kəs üçün fərqlidir”.
Virusdan qorunmaq üçün soğan-sarımsaqdan da çox istifadə edildiyini xatlrladan A. Yusifova bunu tövsiyə etmədiyin bildirib: “Çünki ağır həzm olunan qidalardır, nə qədər az yeyilsə, bir o qədər yaxşıdır”...