Karantin günlərində yuxu gigiyenası necə olmalıdır? - Psixiatrdan effektiv tövsiyələr

Karantin günlərində yuxu gigiyenası necə olmalıdır? - Psixiatrdan effektiv tövsiyələr
Səhiyyə
Oxunma sayı: 370
Bu qaydalara tək karantin günlərində deyil, ilin bütün günlərində və bir ömür boyu riayət etməlisiz. Təmzlik gigiyenası kimi, yuxunun da öz qaydaları var.
Psixiatr Əmrah Abdullayevin yata bilməyənlər üçün effektiv qaydalarını təqdim edirik.
-Həmişə yatağa eyni vaxtda girin və səhər eyni saatda yataqdan çıxın.
- Günorta saatlarında yatmayın və uzanmayın.
- Oyandıqdan sonra yataqda vaxt keçirməyin.
- Axşam yuxu ehtiyacı hiss edincə gözləmədən yatağa keçin.
- Eyni yerdə yatın.
- Yataq otağı qaranlıq olmalı, otaqda cüzi də olsa işıq mənbəyi olmamalıdır.
- Yuxu saatından 1 saat əvvəl telefon, planşet, kompyuter və televizordan istifadəni dayandırın.
- Axşam saatlarında çay, kofe, kola kimi stimulyasiya edici içkilər içməyin.
- Son qida qəbulu ən gec yuxu saatından 2 saat əvvəl olmalıdır.
- Fiziki aktivliyi artırın ancaq yuxu saatından 2 saat əvvəl məşqi bitirmiş olmaq məsləhətdir.
- Yatağınızı sadəcə gecə yuxusu və cinsəllik üçün isitifadə edin.
- Yatmaqdan qabaq stabil yuxuya hazırlıq rituallarına riayət edin ( diş fırçalamaq, pijama geyinmək və s.)
- Əgər yatağa girdikdən 30 dəqiqə sonra yuxuya gedə bilmirsinizsə, yataqdan çıxın hansısa qeyri-aktiv işlə məşğul olub, 15-20 dəqiqə sonra yatağa təkrar dönün. Lazım gələrsə bunu gecə ərzində bir neçə dəfə təkrar edin.