Azərbaycanda indiyədək koronavirusa yoluxan 1 518 nəfərdən 907-si sağalıb

Azərbaycanda indiyədək koronavirusa yoluxan 1 518 nəfərdən 907-si sağalıb
Səhiyyə
Oxunma sayı: 366
Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 907 nəfər müalicə olunaraq sağalmış, 20 nəfər vəfat etmiş, 591 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.