Gürcüstanda karantin müddəti qısaldıldı

Gürcüstanda karantin müddəti qısaldıldı
Səhiyyə
Oxunma sayı: 318
Gürcüstanda karantin müddəti 12 gündən 8 günədək endirilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
Qərara əsasən, karantin və ya özünütəcrid rejimində olan şəxsin 8 gündən sonra verəcəyi test neqativ çıxacaqsa o, karantin zonasını 9-cu gündə tərk edəcək və 12-ci gündə təkrar test verməli olacaq.
Qeyd edək ki, qonşu ölkədə karantin müddəti avqustun 13-də 14 gündən 12 günədək azaldılıb.