İranda koronavirusdan bir gündə 415 nəfər öldü

İranda koronavirusdan bir gündə 415 nəfər öldü
Səhiyyə
Oxunma sayı: 251
İranda son sutka ərzində 415 nəfər koronavirusdan həyatını itirib. Sabahnews.az xəbər verir ki, beləliklə, ölənlərin sayı 33 714-ə çatıb.

Yoluxanlar isə 6 824 nəfər artaraq 588 648-ə yüksəlib. Qeyd edək ki, 467 917 xəstə sağalıb. 87 017 nəfər isə hələ də virusla mübarizə aparır ki, onlardan 5 012 nəfərin vəziyyəti ağırdır.