Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA

Yoluxanlar artır: Həkim çatışmazlığı var? - TƏBİB-dən AÇIQLAMA
Səhiyyə
Oxunma sayı: 266
Son bir həftədə ölkədə koronavirusa yoluxma sayında kəskin artım var.

Bu gün ölkədə gündəlik yoluxma sayı 1015 nəfər, ölüm sayı 19 nəfər olub. Epidemioloji durumun gərginliyi həkim çatışmazlığı məsələsini də gündəmə gətirib. Təbii ki, yoluxma artdıqca, həkim çatışmazlığı yarana bilər. Bununla yanaşı son günlər sosial mediada koronavirusa özü və ya yaxını yoluxmuş bəzi şəxslər xəstəxanalarda həkim çatışmazlığından narazılıq edirlər.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Vətəndaş Müraciətləri ilə iş şöbəsinin müdiri Rəvanə Əliyeva hazırda həkim sarıdan heç bir çətinlik olmadığını bildirib:

“Koronaviruslu xəstələrin müalicəsində kifayət qədər həkimlərimiz var. Həkim çatışmazlığı kimi problem yoxdur”.

Qeyd edək ki, iyul ayında koronavirusla mübarizədə həkim çatışmazlığı olduğundan Nazirlər Kabinetinin qərarı ilə ölkəyə 115 mütəxəssis gətirilmişdi.