Türkiyə xarici işlər nazirindən Azərbaycan paylaşımı: “Tək millət, tək ürək, Azərbaycan - Türkiyə!”

Türkiyə xarici işlər nazirindən Azərbaycan paylaşımı: “Tək millət, tək ürək, Azərbaycan - Türkiyə!”
Siyasət
Oxunma sayı: 376
Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu "Twitter" hesabından Azərbaycanla bağlı paylaşım edib.
O bildirib ki, Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə bayrağının əks olunmasına münasibət bildirib: "Tək millət, tək ürək, Azərbaycan-Türkiyə! #BirliktəYeneceğiz".

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.

Əlavə olaraq bildirək ki, aprelin 3-dən başlayaraq virusdan zərərçəkən hər bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir./oxu.az