Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə bu məsələləri müzakirə edib
Siyasət
Oxunma sayı: 1 940
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Katlerlə müzakirə etdiyi məsələlər açıqlanıb. Bu barədə D.Katler tviterdə yazıb: “Azərbaycan və NATO bizim əməkdaşlığımızdan təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə faydalanır”. O səmərəli müzakirəyə və 20 ildən artıqdır davam edən tərəfdaşlığa görə Azərbaycana təşəkkür edib.