Bakıda koronavirusa görə bağlanan məktəb açılıb

Bakıda koronavirusa görə bağlanan məktəb açılıb
Təhsil
Oxunma sayı: 205
Bakıda koronavirusa görə bağlanan məktəbdə martın 10-dan etibarən əyani tədris bərpa olunub.
Bunu “Report”a açıqlamasında Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Laçın rayon Binə ümumi orta məktəbinin direktoru İmran Əmrahov deyib.
Onun sözlərinə görə, təhsil ocağı 14 günlük fasilədən sonra yenidən fəaliyyətini davam etdirir.
İ.Əmrahov eyni zamanda özünün və məktəbdə çalışan bir neçə işçinin də koronavirusa yoluxduğunu bildirib: “Hazırda xəstəxana şəraitində müalicəm davam edir. Səhhətim normaldır və təkrar testin cavabını gözləyirəm”.