Bu gündən məktəb seçimi başlayır

Bu gündən məktəb seçimi başlayır
Təhsil
Oxunma sayı: 157
Bu gün məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçiminə start verilib.
Valideynlərə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.
Fikrini dəyişmək istəsə, əgər qeydiyyat məktəb tərəfindən təsdiqlənibsə, valideynin sorğusu ləğv olunacaq.
Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, başqa məktəb seçimi edə bilər.
Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.