Özəl məktəblərdə ənənəvi tədris başladı: Nazirlikdən “dayandırın” əmri

Özəl məktəblərdə ənənəvi tədris başladı: Nazirlikdən “dayandırın” əmri
Təhsil
Oxunma sayı: 190
Bakıdakı özəl məktəblər sentyabrın 1-dən etibarən ənənəvi tədrisə başlayıb.
“Yeni Sabah” xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı ölkədə orta məktəb və ali təhsil müəssisələrində dərslərin keçirilmə forması ilə bağlı hər hansı qərar qəbul edilməyib.
Buna baxmayaraq, özəl məktəblərdə ayın əvvəlindən ənənəvi tədris başlayıb.
Ancaq sentyabrın 3-də təhsil nazirliyindən məktəblərə əyani dərslərin dayandırılması haqqında əmr gəlib.
Görünən odur ki, dərslərin başlamasına 10 gün vaxt qalmasına rəğmən, nazirlik də əyani tədrisin bərpası haqqında tərəddüd edir.