Tramp qadağanı ləğv edir - Avropa Birliyindən olan tələbələr ABŞ-a gedə biləcəklər

Tramp qadağanı ləğv edir - Avropa Birliyindən olan tələbələr ABŞ-a gedə biləcəklər
Təhsil
Oxunma sayı: 324
ABŞ rəhbərliyi Avropa Birliyi (AB) ölkələrindən olan tələbələr üçün koronavirus epidemiyası ilə əlaqədar əvvəllər tətbiq edilən ABŞ-a daxil olmaq qadağasını ləğv edib.
Bu barədə məlumatı Reuters xəbər agentliyi ABŞ Dövlət Departamentinə istinadən yayıb.
Mənbə bildirir ki, qərar böyük universitetlərin məhkəmə iddiaları, biznes və texnologiya şirkətlərinin təzyiqi ilə ləğv edilib.
ABŞ prezidenti Donald Tramp əvvəlki qərarından imtina etməli olub, çünki bu vəziyyətdə on minlərlə xarici tələbə Amerika universitetlərini tərk edə bilərdi.
ABŞ Dövlət Departamenti Au Pair proqramı çərçivəsində gələn bəzi işçilər və ABŞ viza sahiblərinin ailə üzvləri üçün də giriş imtiyazları verəcəyini açıqlayıb.
Tramp əksər Avropa ölkələrinin vətəndaşlarına COVID-19 hallarının artması səbəbindən ölkəyə girməyi qadağan edib.