Bakı Dövlət Universitetinin (BDU) daha 4 fakültəsində səlahiyyət müddəti bitən dekan vəzifələrinə seçkilər başa çatıb. Universitetdən verilən məlumata görə, səsvermə yolu ilə yeni dekanlar müəyyənləşib. Yeni seçilən dekanları təqdim edirik: Aydan Xəndan – Şərqşünaslıq fakültəsi
Laçın Abışlı - Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi Fuad Kərimov - Kimya fakültəsi Akif Ağbabalı - Ekologiya və torpaqşünaslıq fakültəsi Qeyd edək ki, yanvar ayının ortasında BDU-nun 8 fakültəsində səlahiyyət müddəti bitən dekan vəzifələrinə seçki keçirilib. Seçkilərin nəticələrinə görə, Mamoy Mansurov Geologiya fakültəsinin, Ələmdar Bayramov Kitabxanaçılıq-informasiya fakültəsinin, Rövşən Cavadov Sosial elmlər və psixologiya fakültəsinin, Afət Məmmədova Biologiya fakültəsinin, Ziyatxan Əliyev Mexanika-riyaziyyat fakültəsinin, İbrahim Zeynalov Tarix fakültəsinin, Bəxtiyar Paşayev Fizika fakültəsinin, Elçin Məmmədov Filologiya fakültəsinin dekanı vəzifələrinə seçiliblər.