Bakının bəzi məktəblərində dərslər BAŞLAYIR

Bakının bəzi məktəblərində dərslər BAŞLAYIR
Təhsil
Oxunma sayı: 251
Azərbaycanda fəaliyyət göstərən bəzi özəl liseylərdə sentyabr ayının 1-dən dərslərə start verilir.
Sabahnews.az xəbər verir ki, bununla bağlı lisey rəhbərliyi təhsil ocağının işçi heyətinə məlumat verib. Həmçinin valideynlərə dərslərin onlayn qaydada başlayacağı ilə bağlı bildiriş göndərilib.
Liseylərin inzibati binasında tədris sisteminin nə zaman başlayacağı məsələsinə gəlincə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərardan asılı olacaq.