7 şagirdin buraxılış imtahanı nəticəsi ləğv OLUNDU

7 şagirdin buraxılış imtahanı nəticəsi ləğv OLUNDU
Təhsil
Oxunma sayı: 0
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 23-24 aprel 2022-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 43127 nəfərdən 392 nəfər imtahana gəlməyib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.