Zəhərlənmə qeydə alınan məktəbdə tədris bərpa edilib

Zəhərlənmə qeydə alınan məktəbdə tədris bərpa edilib
Təhsil
Oxunma sayı: 1 967
Şəki rayonunun Qudula kənd orta məktəbində bir daha əlavə əsaslı təmizlik işləri aparıldıqdan sonra tədris bərpa olunub.
Bu barədə apa-ya Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, artıq ötən gündən sözügedən məktəbdə tədris davam edir.
Qeyd edək ki, mayın 23-də günorta saatlarında Şəki rayonunun Qudula kənd tam orta məktəbinin şagird və işçi heyəti arasında allergiya halları qeydə alınmış, 3 müəllim və 24 şagird olmaqla ümumilikdə 27 nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. İlkin araşdırmalara görə, zəhərlənməyə məktəbdə 19 may 2023-cü il tarixində aparılmış dezinfeksiya işi səbəb olmuşdu.