İsti hava şəraiti koronavirusun yayılmasına necə təsir göstərir?

İsti hava şəraiti koronavirusun yayılmasına necə təsir göstərir?
Yuxarı manşet / Araşdırma
Oxunma sayı: 385

Ultrabənövşəyi şüalar virusa öldürücü təsir göstərir. Buna baxmayaraq, COVID-19 infeksiyasının yoluxma tempi zəifləməyə bilər.
Bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu, akademik Nikolay Briko bildirib. Onun sözlərinə görə, insanlar məhdudlaşdırıcı tədbirlərə əməl etsələr, iyun ayında yoluxmaların tədricən azalması ilə nəticələnən epidemiyanın əks fazası başlaya bilər.
Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 14:00-a olan məlumatına əsasən, dünyada 7 milyon 616 mindən çox yoluxma və 424 min 228 ölüm faktı qeydə alınıb, 3 milyon 854 min 968 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.